...

Azərbaycanın poçt operatoru sifarişçi tərəfindən poçt rüsumlarının əvvəlcədən ödənişi xidmətini tətbiq edib

Telekommunikasiya Materials 1 İyul 2011 17:14 (UTC +04:00)
Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC-nin "Azerexpresspost" ekspress poçt xidməti sifarişçi tərəfindən poçt rüsumlarının əvvəlcədən ödənişi xidmətini tətbiq edib.
Azərbaycanın poçt operatoru sifarişçi tərəfindən poçt rüsumlarının əvvəlcədən ödənişi xidmətini tətbiq edib

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC-nin "Azerexpresspost" ekspress poçt xidməti sifarişçi tərəfindən poçt rüsumlarının əvvəlcədən ödənişi xidmətini tətbiq edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Azerexpresspost"un istismar şöbəsinin rəisi Şəmsəddin Qədirov bildirib.

Qədirovun sözlərinə görə, sifarişçinin müraciəti həm elektron formada, həm də telefonla qəbul edilə bilər.

"Xidmətin məqsədi ondan ibarətdir ki, göndərişə görə rüsumu ünvan sahibi və göndərən deyil, bu xidmətin sifarişçisi ödəyir. Yəni sifarişçi poçt göndərişini (məsələn, məktubu) bir ünvandan digərinə göndərmək üçün bizə müraciət edir, bu zaman həmin xidmətin göstərilməsinə görə rüsumu bilavasitə sifarişçi özü ödəyir. Müvafiq olaraq, bu halda nə göndərən, nə də ünvan sahibi sifarişçi rolunda çıxış etmir", - Qədirov bildirib.

Perspektivdə xidmət Azərbaycandan digər ölkələrə göndərişlərə də tətbiq olunacaq. Bu halda isə sifarişçi Azərbaycanda olmalıdır.

Xəbər lenti

Xəbər lenti