...

Azərbaycanın mobil rabitə operatorları alıcıların elektron qeydiyyatını təmin edəcəklər

Telekommunikasiya Materials 4 Avqust 2011 13:03 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatorları - Azercell, Bakcell və Azerfon 3 ay ərzində satış məntəqələrində [mobil telefon və nömrələrin] alıcıların elektron qeydiyyatını təmin etməlidirlər. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycanın mobil rabitə operatorları alıcıların elektron qeydiyyatını təmin edəcəklər

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatorları - Azercell, Bakcell və Azerfon 3 ay ərzində satış məntəqələrində [mobil telefon və nömrələrin] alıcıların elektron qeydiyyatını təmin etməlidirlər. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Operatorlar məlumatlar bazasında istifadəçilər barədə uzun müddət ərzində bütün informasiyanın saxlanılması üçün lazımi texniki infrastrukturu hazırlamalıdırlar. Bu addımın əsas məqsədi terrorçuluq aktlarının və qəsdən yalan məlumatların yayılması hallarının qarşısının alınmasıdır.

Bu, nazirlik tərəfindən operatorlar qarşısında qoyulan şərtlərdən biridir. Şərtlər iyulun 24-də bütün tərəflərin imzaladağı protokolda da öz əksini tapıb.

Bundan başqa, operatorlar nazirliyin Məlumat Hesablama Mərkəzinə öz abonentləri haqqında məlumatı mütəmadi şəkildə göndərməli və 2 ay ərzində onların istifadə etdikləri trafik barədə statistik məlumatı Məlumat Hesablama Mərkəzinə onlayn göndərmək imkanını təmin etməlidirlər.

Protokolda göstərilir ki, hər üç operator öz strukturlarında həmkarlar ittifaqlarının yaradılmasına inzibati dəstək göstərməlidirlər.

Xəbər lenti

Xəbər lenti