...

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirinin beynəlxalq konfransdakı iştirakı

Telekommunikasiya Materials 23 Avqust 2011 00:20 (UTC +04:00)
Məlumat üçün bildirmək istərdik ki, bazar ertəsi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Əli Abbasov Ankara şəhərində işgüzar səfərdə olmuşdur, Trend-ə verdiyi məlumata görə.
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirinin beynəlxalq konfransdakı iştirakı

Məlumat üçün bildirmək istərdik ki, bazar ertəsi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Əli Abbasov Ankara şəhərində işgüzar səfərdə olmuşdur, Trend-ə verdiyi məlumata görə.

Səfər çərçivəsində Nazir, Səfirlik əməkdaşları ilə birlikdə Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan parkı ziyarət etmiş, Ümummilli Liderimiz Heydər Əliyevin heykəlinin önünə çiçəklər qoymuş və Onun əziz xatirəsini yad etmişdir.

Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Naziriliyinin təşəbbüsü ilə təşkil olunmuş "İdarəetmə və optimizasiyanın sənayedə tətbiqi" adlı Beynəlxalq Konfranslar seriyasının 3-cüsü Türkiyənin nüfuzlu universitetlərindən biri olan Bilkent Universitetində təşkil olunmuşdur. Sözügedən konfransın açılış nitqini Nazir Əli Abbasov həyata keçirmişdir.

Ardından Nazir, Türkiyə Respublikasının Elm, Sənaye və Texnologiya Naziri Nihat Ergün ilə görüş keçirmişdir. Xoş və səmimi şəraitdə keçən görüş zamanı Türkiyənin yeni təşkil olunmuş nazirliyi ilə tanış olunmuş, gələcək fəaliyyət sahələri üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.

Daha sonra Nazir Əli Abbasov, Türkiyə Respublikasının Nəqliyyat Naziri Binəli Yıldırım ilə görüşmüşdür. Nazirlər qarşılıqlı olaraq iki dost və qardaş ölkə əlaqələri haqqında xoş və səmimi ifadələrinin bəyanı ilə yanaşı, fəaliyyət göstərdikləri sahələr üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları üzərində fikir mübadiləsi aparmış, birgə fəaliyyətin əhəmiyyəti xüsusunda razılığa gəlmişdirlər.

Xəbər lenti

Xəbər lenti