...

"Ailə-yə qoşul, LCD TV qazan"

Telekommunikasiya Materials 26 Avqust 2011 15:03 (UTC +04:00)
Daim öz abunəçilərinə müxtəlif həvəsləndirici kampaniyalar təklif edən və "müştərilərin məmnuniyyəti" prinsipini öz fəaliyyətində rəhbər tutan "Ailə TV" kabel operator televiziyası artıq digər bir həvəsləndirici kampaniya olan "Ailə-yə qoşul

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Daim öz abunəçilərinə müxtəlif həvəsləndirici kampaniyalar təklif edən və "müştərilərin məmnuniyyəti" prinsipini öz fəaliyyətində rəhbər tutan "Ailə TV" kabel operator televiziyası artıq digər bir həvəsləndirici kampaniya olan "Ailə-yə qoşul, LCD qazan" aksiyasına başlayıb. "Ailə TV" tərəfindən elan edilmiş yeni lotoreyaya əsasən, lotoreya çərivəsində rəqəmsal yayımı izləyən abunəçilər və yeni rəqəmsal dəsti əldə etmiş müştərilər bu aksiyada iştirak hüququ qazanırlar. Bildirmək lazımdır ki elan edilmiş bu aksiyanın bir çox üstün cəhətləri vardır ki, bunlardan da biri aksiyanın uzunmüddətliliyi və daima "Ailə TV"-nin rəqəmsal xidmətinə qoşulan yeni abunəçilərin də bu aksiyada iştirak hüququnun olmasıdır.

Lotoeyanın şərtlərinə əsasən, "Ailə-yə qoşul, LCD TV qazan" aksiyası davamlı olaraq hər il keçiriləcək və ildə bir tiraj oynanılacaq. Hər tirajın uduş fondu isə 10 LCD televizor təşkil edəcək. Hədiyyə qazanmayan abunəçilər növbəti tirajda iştirak edəcəklər. Aksiyanın keçirilmə qaydalarına uyğun olaraq, artıq rəqəmsal yayımı izləyən abunəçilər və bu xidmətə qoşulan yeni abunəçilərin rəqəmsal dəstində olan Smart card-ın unikal nömrəsinin son 5 rəqəmi lotoreya biletində seriya nömrəsinə bərabər məlumat daşıyıcısı hesab olunur.

Qeyd edək ki, lotoreya çərçivəsində ilk tiraj 2011-ci ilin 20 dekabrında "Ailə TV info" kanalında yayımlanacaq. Uduşlar "Ailə TV"-nin Baş ofisində qaliblərə təqdim olunacaq. Lotoreya hər bir abunəçi qalib olanadək davam edəcək.

Məlumat üçün bildirək ki, bundan əvvəl "Ailə TV", "Dost Gətir" və "5 ay ödə 1 ay pulsuz izlə" kimi həvəsləndirici aksiyalar da keçirib və bu aksiyalarda da ən əsas məqam ondan ibarətdir ki, lotoreyalar qeyri-müəyyən vaxtadək davam edir.

Öz siyasətinə sadiq qalaraq "Ailə TV" bütün abunəçilərinin tele və radio yayımdan güzəştli əsaslarla faydalanması üçün daima müxtəlif həvəsləndirici kampaniyalar təşkil edir və bu kampaniyalar gələcəkdə də davam edəcəkdir.

Ətraflı məlumat, suallarınız və təklifləriniz üçün www.facebook.com/aile.tv səhifələrini ziyarət edə və [email protected] vasitəsilə şirkətə müraciət edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti