...

Azərbaycan ikinci peykin buraxılması üzrə strateji məsələləri öyrənir

Telekommunikasiya Materials 26 Sentyabr 2011 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan ikinci peykin buraxılması üzrə görülən işlər çərçivəsində strateji və kommersiya xarakterli məsələlərin öyrənilməsinə başlayıb. Bu barədə Trend-ə bazra ertəsi layihəyə yaxın mənbədən bildirilib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanın ikinci peyk proqramının gələcək strateji inkişafı üzrə qərarın çıxarılması gözlənilir.

İkinci peykin yaradılması məsələsi ilə bağlı Azərbaycanın planlarına birinci telekommunikasiya peyki "Azerspace" ilə olduğu kimi, açıq tenderin keçirilməsi daxildir.

Azərbaycanın ikinci peyki aşağıorbitli olacaq. Onun orbitə 2014-cü ildə çıxarılması planlaşdırılır.

Gözlənildiyi kimi, ikinci peyk proqramı respublikanın daxili vəsaitləri hesabına reallaşdırılacaq. Peykin orbitdə yerləşdirilməsi üçün 43,2 dərəcə şərq uzunluğu orbital mövqeyi nəzərdə tutulur.

Hazırda ilk peyk "Azerspace" tikilir və o, orbitə 2012-ci ilin sonlarında buraxılacaq. "Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir, peykin yerləşdiriləcəyi 46 dərəcə şərq uzunluğu orbital mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülüb. Peykin orbitə çıxarılması ilə Fransanın "Arianspase" şirkəti məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti