...

Azərbaycanın informasiya təhlükəsizliyi bazarı 20 faiz artıb

Telekommunikasiya Materials 27 Sentyabr 2011 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir H.Vəliyev/

İlin əvvəlindən Azərbaycanın informasiya təhlükəsizliyi bazarında artım 20 faiz təşkil edib. Bu barədə Trend-ə çərşənbə axşamı "Headtechnology Azerbaijan" şirkətinin direktoru Nazim Sofizadə məlumat verib.

Onun sözlərinə görə, dövlət və özəl müəssisələrin fəaliyyətinin avtomatlaşdırılması informasiya təhlükəsizliyi bazarının gələcək аrtımını vəd edir.

"Son vaxtlar bazarda indi bir çox müəssisə və təşkilatların məşğul olduqları elektron sənəd dövriyyəsi, fəaliyyətin avtomatlaşdırılması sahəsində böyük fəallıq müşahidə olunur. Güman edirəm ki, avtomatlaşdırma prosesi başa çatan kimi bir çoxları informasiya təhlükəsizliyi sisteminin tətbiqi haqqında düşünəcəklər", - Sofizadə bildirib.

"Headtechnology" şirkətinin rəhbərinin sözlərinə görə, ilin sonunadək bilavasitə informasiya təhlükəsizliyi ilə bağlı olan 3-4 layihə nəzərdə tutulub. Onların həyata keçirilməsinə sifarişçilərdən konkret təkliflər alındıqdan sonra başlanacaq.

Sofizadənin daha əvvəl dediyi kimi, Azərbaycanın informasiya təhlükəsizliyi bazarının potensialı çox yüksəkdir ki, bu da ümumilikdə Azərbaycan bazarı üçün də xaraterik olan dünya bazarındakı mövcud tendensiyalarla şərtlənir. Söhbət informasiya təhlükəsizliyinə artan təhlükələrdən, arzuedilməz korrespondensiyalardan (SPAM), məlumatların sızmasından və digərlərindən gedir.

İnformasiya təhlükəsizliyi sistemlərinə böyük diqqətin ayrıldığı əsas sahə maliyyə sektorudur.

İnformasiya təhlükəsizliyi sistemləri bazarının inkişafında növbəti bum telekommunikasiya sahəsində gözlənilir. Bu gün Azərbaycanın İnternet-servis-provayderləri, rabitə operatorları müdafiə sistemlərindən istifadəyə böyük maraq göstərir.

Xəbər lenti

Xəbər lenti