...

Azərbaycanın daha bir GSM operatoru 3G şəbəkəsi xidmətləri üçün tezlik alıb

Telekommunikasiya Materials 3 Oktyabr 2011 12:54 (UTC +04:00)
Azərbaycanın Radiotezliklər üzrə Dövlət Komissiyası "Azercell Telekom" mobil rabitə operatoruna 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün tezlik resurslarının verilməsi barədə müsbət qərar qəbul edib.
Azərbaycanın daha bir GSM operatoru 3G şəbəkəsi xidmətləri üçün tezlik alıb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Radiotezliklər üzrə Dövlət Komissiyası "Azercell Telekom" mobil rabitə operatoruna 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün tezlik resurslarının verilməsi barədə müsbət qərar qəbul edib. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Radiotezliklər İdarəsindən məlumat verilib.

Söhbət operatora 1900-2100 Mhz tezlik resurslarının verilməsindən gedir. Analoji tezliklərdə hazırda Azerfon şirkəti 3G rabitə xidmətləri təqdim edir.

Hələ ki Bakcell şirkətinə müvafiq icazə verilməyib.

İdarədən bildirildiyinə görə, növbəti mərhələdə təcrübi istismarda yeni şəbəkəni işə salmaq üçün Azercell şirkətinin hazırlığı məsələsi dayanır.

Azercell Telekom nümayəndələrinin bir müddət əvvəl bildirdiklərinə görə, şirkət artıq 3G standartında rabitə ximdətləri göstərməyə hazırdır.

Azercell şirkəti daha əvvəl lisenziya almaq üçün bütün lazımi sənədləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edib. Şirkət həmçinin sistemi test rejimində sınaqdan keçirib.

Lisenziyanın hökumət tərəfindən müəyyənləşdirilən rəsmi dəyəri 11 min manat təşkil edir.

Hazırda 3G standartında rabitə xidməti göstərmək üçün lisenziyaya yalnız Azerfon şirkəti malikdir.

Lisenziya alan operatorlar infrastruktura xeyli vəsait qoymalı olacaqlar. Onlar bütün şəbəkə avadanlığını, kommutatorları və baza stansiyalarını modernləşdirməlidirlər.

Xəbər lenti

Xəbər lenti