...

Azərbaycanın nazirlik və idarələrinin e-xidmətlərin göstərilməsinə tam keçidi 2013-cü ilin I yarısında baş tutacaq

Telekommunikasiya Materials 4 Noyabr 2011 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr / Trend, müxbir E.İsmayılov/

Azərbaycanın nazirlik və idarələrinin əhaliyə elektron xidmətlərin göstərilməsinə tam keçidi 2013-cü ilin birinci yarısına gözlənilir. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Rabitə və İnfofrmasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin nümayəndəsi Elçin Məmmədov deyib.

Məmmədovun sözlərinə görə, bu idarələr tərəfindən göstəriləcək elektron xidmətlərin ümumi sayı 300 ədəd təşkil edir.

Hazırda səkkiz struktur ilin sonunadək istismara verilməsi planlaşdırılan "Elektron hökumət" portalına qoşulub.

"Elektron hökumət" portalı vətəndaşlarla və dövlət və özəl sektorun müəssisələri ilə işi əlaqələndirən əsas alət olacaq.

"Elektron hökumət" portalının yaradılmasında mövcud informasiya bazalarını və müxtəlif platformalarda yaradılan sistemləri birləşdirəcək X-Road sisteminin prinsipindən istifadə olunacaq. X-Road sistemi müxtəlif dövlət təşkilatlarının məlumat bazalarını birləşdirməyə, əhaliyə kompozit xidmətlər göstərməyə, eləcə də "dövlət-vətəndaş" dialoqunun aparılması imkanı ilə interaktiv servisləri təqdim etməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti