...

Azərbaycanın kabel televiziyası operatoru Bakıda rəqəmsal TV-nin işə salınmasına hazırdır

Telekommunikasiya Materials 15 Dekabr 2011 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın kabel televiziyası operatoru "B&BTV Communications" Bakıda DVB-T standartında rəqəmsal yayımın işə salınmasına hazırdır. Bu barədə cümə axşamı Trend-ə şirkətin marketinq və satış şöbəsinin meneceri Samir Mahmudov deyib.

Mahmudovun sözlərinə görə, Bakıda və regionlarda rəqəmsal televiziyanın işə salınması üçün desimetrlik tezliklərin (470-dən 862 MHz) mövcudluğu lazımdır.

"Hazırda biz rəqəmsal televiziyanın işə salınması üçün lazım olan tezlik spektrinin əldə edilməsi üçün danışıqlar aparırıq. Rəqəmsal kontentin işə salınmasına gəlincə, biz bunun yaxın ildə baş verəcəyini planlaşdırırıq. Bu, həm mövcud tezlik resursları, həm də artıq 2013-cü ilin başlanğıcında Azərbaycanda baş verəcək yeni yayım formatına tam keçidə əsaslanıb", - Mahmudov bildirib.

Şirkət hamı üçün əlverişli olan bir sosial paket təqdim etməyi planlaşdırır. Kommersiya əsasında da paketin əsas baza və baza genişləndirilməsi təqdim ediləcək. Bundan başqa, istehlakçıların marağına (idman kanalları, filmlər və s.) uyğun olaraq, yeni dar çərçivədə ixtisaslaşmış paketlər də təklif ediləcək.

Ümumilikdə rəqəmsal formatda təxminən 100 televiziya kanalı təqdim ediləcək.

2012-ci ildə "B&BTV Communications"in rəqəmsal televiziya şəbəkəsi ilə respublikanın 98 faiz ərazisi əhatə olunacaq.

Xəbər lenti

Xəbər lenti