...

"Nar Mobile" Mingəçevir sakinləri üçün yeni "Nar Dünyası" mərkəzini təqdim edib (FOTO)

Telekommunikasiya Materials 22 Dekabr 2011 19:13 (UTC +04:00)
2011-ci il dekabrın 22-də Mingəçevir şəhərində "Nar Mobile" tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzlərinin açılış mərasimi keçirilib.
"Nar Mobile" Mingəçevir sakinləri üçün yeni "Nar Dünyası" mərkəzini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

2011-ci il dekabrın 22-də Mingəçevir şəhərində "Nar Mobile" tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzlərinin açılış mərasimi keçirilib.

Yeni açılan "Nar Dünyası" satış və xidmət mərkəzlərinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq.

"Nar Dünyası" satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır.

Açılış mərasimi zamanı, "Nar Dünyası" satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksessuarları ilə tanış olublar, yüksək sürətli mobil internet bağlantısından canlı istifadə etdilər.

Hazırda Bakı şəhərində "Nar Mobile" tərəfindən təqdim edilən "Nar Dünyası" satış və xidmət mərkəzləri artıq Bakı, Gəncə, Bərdə, Şəmkir, Zaqatala, Tovuz, Masallı, Cəlilabad, İmişli, Biləsuvar, Siyəzən və Salyanda fəaliyyət göstərir. Eyni zamanda, yaxın müddətdə regionlarda yenı açılışlar nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti