...

Azərbaycan və İordaniya İKT üzrə əməkdaşlığın perspektivlərini müzakirə edirlər

Telekommunikasiya Materials 16 Yanvar 2012 12:53 (UTC +04:00)
Azərbaycan və İordaniya İKT üzrə əməkdaşlığın perspektivlərini müzakirə edirlər
Azərbaycan və İordaniya İKT üzrə əməkdaşlığın perspektivlərini müzakirə edirlər

Azərbaycan, Bakı, 16 yanvar / Trend, müxbir H.Vəliyev /

Bu gün Əmmanda (İordaniya) Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə və İordaniya Haşimilər Krallığının İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrasını təmin etmək məqsədilə yaradılmış birgə işçi qrupunun ilk iclası keçirilir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Rabitə Nazirliyinin yaydığı məlumatda deyilir.

Nazirliyin məlumatına görə, informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu 2009-cu il oktyabrın 12-də imzalanıb.

İclasda iki ölkənin informasiya texnologiyaları sahəsində əməkdaşlığının perspektivlərinin, eləcə də təcrübə mübadiləsi imkanlarının müzakirəsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti