...

Azərbaycanda idarələrarası məlumat-axtarış sisteminin istismarının yeni qaydaları təsdiqlənib

Telekommunikasiya Materials 16 Yanvar 2012 14:59 (UTC +04:00)
Azərbaycanda idarələrarası məlumat-axtarış sisteminin istismarının yeni qaydaları təsdiqlənib
Azərbaycanda idarələrarası məlumat-axtarış sisteminin istismarının yeni qaydaları təsdiqlənib

Azərbaycan, Bakı, 16 yanvar / Trend, müxbir H.Vəliyev /

Azərbaycan Nazirlər Kabineti "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (İAMAS) istismarı qaydalarını təsdiqləyib və idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsini müəyyən edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Nazirlər Kabinetinin məlumatında deyilir.

Qaydalar İAMAS altsistemlərinin istismarı, informasiya resurslarının formalaşdırılması, uzlaşdırılması və istifadəsi, onun istismarına proqram-texniki dəstək, təhlükəsizlik və inkişaf tədbirləri üzrə kompleks prosedurları müəyyən edir.

İAMAS-ın infrastrukturu ölkə ərazisində bu sistemə qoşulmuş dövlət orqanları aparatlarının (polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi üzrə şəhər (rayon) şöbə və bölmələri, yaşayış yeri üzrə qeydiyyat barədə məlumatların verilməsi ilə bağlı fəaliyyəti həyata keçirən qurum, polis orqanlarının regional pasport mərkəzləri, sərhəd nəzarəti məntəqələri, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları) qarşılıqlı fəaliyyətini təmin edir.

Nazirlər Kabinetinin təsdiqlədiyi sənəddə vətəndaşlar haqqında biometrik məlumatların qeydiyyatı qaydaları da müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti