...

Azərbaycan məktəblərinin məlumat bazası elektron formata keçirilib

Telekommunikasiya Materials 3 Fevral 2012 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın təhsil müəssisələrinin məlumat bazası elektron formata keçirilib. Bu barədə cümə günü Trend-ə Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri (TİMS) şöbəsinin müdiri İsmayıl Sadıqov deyib.

Sadıqovun sözlərinə görə, bütün məlumat nazirliyin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinə göndərilib.

"Məktəblər haqqında bütün məlumatı yaxın müddətdə edu.az təhsil portalından əldə etmək mümkün olacaq. Hazırda koordinatların elektron xəritədə yerləşdirilməsi üzrə işlər aparılır", - Sadıqov deyib.

TİMS məktəblərə bütün məlumat bazalarını avtomatlaşdırmağa imkan verir. Elektron məlumat bazasının formalaşdırılması informasiya axınının birbaşa məktəbdən Təhsil Nazirliyinə daxil olması üçün şərait yaradacaq.

Hazırda Azərbaycanın orta təhsil müəssisələrində təhsil alanların sayı 1,3 milyon nəfəri ötür, respublika üzrə bu sistemin əməkdaşlarının sayı isə 160 min nəfərdən çox təşkil edir.

Xəbər lenti

Xəbər lenti