...

"SAZZ Internet" artıq Maştağa qəsəbəsində

Telekommunikasiya Materials 7 Fevral 2012 15:49 (UTC +04:00)
Yüksəksürətli simsiz internet operatoru SAZZ əhatə dairəsini genişləndirməkdə davam edir.
"SAZZ Internet" artıq Maştağa qəsəbəsində

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Yüksəksürətli simsiz internet operatoru SAZZ əhatə dairəsini genişləndirməkdə davam edir.

Operatordan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yeni baza stansiyalarının quraşdırılması nəticəsində artıq Maştağa qəsəbəsi də 4G şəbəkəsi ilə təmin olunub. Beləliklə, Maştağa sakinləri də SAZZ simsiz internet xidmətlərindən faydalana bilərlər.

"SAZZ Internet" abunəçisi olmaq üçün operatorun rəsmi brend mağazaların birinə müraciət edib abunə müqaviləsini imzalamaq və qurğu (modem) əldə etmək kifayətdir. "Standart" tarif planı çərçivəsində abunəçi ayda 25 manat ödədikdə, internetə limitsiz, simsiz və yüksəksürətli çıxış əldə edir.

SAZZ-ın əhatə dairəsinə Bakı və Sumqayıt şəhərləri, Mərdəkan, Şağan, Süvəlan, Qala, Buzovna, Nardaran, Hövsan, Novxanı, Nardaran (Ləhiş bağları), Binəqədi, Sahil, Saray, Masazır və artıq Maştağa kimi qəsəbələr daxildir.

Tarif və xidmətlər, satış nöqtələri və əhatə xəritəsi haqqında daha ətraflı məlumatı 191 "qaynar xətt" xidmətinə zəng etməklə, yaxud rəsmi saytdan (www.sazz.az) almaq mümkündür.

Fevralın 7-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti