Azərbaycan, Bakı, 20 fevral / Trend, müxbir H.Vəliyev/
Avropa Proqram Təminatı İnstitutu (European Software Institute - Center Eastern Europe, ESI CEE) İT sahəsində azərbaycanlı mütəxəssislərin ixtisasının artırılmasına kömək edəcəklər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun məlumatında deyilir.
Təşəbbüs ESI-nin Şərqi Avropa üzrə regional meneceri Corc Şarkov tərəfindən İTİ rəhbərliyi ilə görüşündə irəli sürülüb.
Şarkovun sözlərinə görə, təcrübə mübadiləsi yolu ilə İT sahəsində kadrların ixtisasının artırılması bu gün mühüm məsələlərdən biridir və Avropa Proqram Təminatı İnstitutu Azərbaycanda Bolqarıstyan, Rumıniya, Estoniya başqa bu kimi ölkələrdə artıq reallaşdırılan layihələrin timsalında bəzi layihələrin həyata keçirilməsini planlaşdırır.
Avropa Proqram Təminatı İnstitutu infofrmasiya texnologiyaları sahəsində aparıcı Avropa şirkətlərinin dəstəyi ilə Avropa Komissiyasının təşəbbüsü ilə yaradılan qeyri-kommersiya texnoloji mərkəzdir.
ESI-nin əsas fəaliyyəti daha yüksək keyfiyyətli və daha sərfəli qiymətlərlə proqram təminatlarının əldə olunması məqsədilə proqram təminatı sənayesinə köməyə yönəldilib.