...

Azərbaycanın mobil operatoru abunəçilərinin digər şəbəkələrə miqrasiyasının səbəblərini açıqlayıb

Telekommunikasiya Materials 21 Fevral 2012 17:38 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Bakcell" şirkəti nömrələrin daşınması xidmətinin (MNP - Mobile Number Portability) işə salınmasından sonra abunəçi bazasını artırmağı planlaşdırır.
Azərbaycanın mobil operatoru abunəçilərinin digər şəbəkələrə miqrasiyasının səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" şirkəti nömrələrin daşınması xidmətinin (MNP - Mobile Number Portability) işə salınmasından sonra abunəçi bazasını artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Şirerin sözlərinə görə, "Bakcell" şirkəti abunəçiləri arasında müxtəlif araşdırmalar aparmaqla onların dəyişikliklərə nə qədər hazır olmasını müəyyənləşdirməyə çalışır.

"Siyasətimiz bu araşdırmalar əsasında qurulur, buna müvafiq olaraq tariflər formalaşdırılır. Bu xidmətin tətbiqindən sonra abunəçi bazamızın nə qədər artacağını konkret deyə bilmərəm, lakin bu gün mobil rabitə bazarında müşahidə edilən ayrı-ayrı narazılıqları nəzərə almaqla, düşünürəm ki, bu, bizim üçün heç şübhəsiz ki, istifadə edəcəyimiz əlavə imkan olacaq", - o qeyd edib.

Onun sözlərinə görə, abunəçilərin öz abunəçi nömrələrini dəyişdirmək istəməməsinin müxtəlif səbəbləri mövcuddur. Abunəçilərin müəyyən kateqoriyası var ki, onlar abunəçi nömrələrini xeyli müddət əvvəl əldə edib və bu nömrələr onların yaxınları və həmkarlarına məlumdur. Məhz bu amillərə görə həmin abunəçilər operatorun xidmətlərindən kifayətlənmək məcburiyyətində qalırlar.

"MNP xidmətinin tətbiqi bu narazılıqları aradan qaldıra bilər", - Şirer deyib.

Xəbər lenti

Xəbər lenti