...

Azərbaycan Ümumdünya Poçt İttifaqı Fondunun Qəyyumlar Şurasına üzv seçilib

Telekommunikasiya Materials 24 Fevral 2012 19:25 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Ümumdünya Poçt İttifaqının (ÜPİ) Xidmət Keyfiyyəti Fondunun (Quality of Service Fund - QSF) Qəyyumlar Şurasının üzvü seçilib.
Azərbaycan Ümumdünya Poçt İttifaqı Fondunun Qəyyumlar Şurasına üzv seçilib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Ümumdünya Poçt İttifaqının (ÜPİ) Xidmət Keyfiyyəti Fondunun (Quality of Service Fund - QSF) Qəyyumlar Şurasının üzvü seçilib. Trend-in məlumatına görə, bu barədə cümə günü nazirliyin yaydığı məlumatda deyilir.

Seçkilər ÜPİ-nin Poçt İstismarı Şurası və Administrativ Şurasının illik sessiyasının işi çərçivəsində fevralın 23-də İsveçrənin Bern şəhərində baş tutub.

Şərqi Avropa və Simali Asiya coğrafi qrupundan Şuranın 40 üzv ölkəsinin iştirak etdiyi gizli səsvermənin nəticələrinə əsasən Azərbaycan üzv seçilib.

Fondun Qəyyumlar Şurasının üzvünün vəzifələri Azərbaycanda Rabitə Nazirliyinin Poçt sektorunun baş məsləhətçisi Nəsir Həmidova tapşırılıb.

ÜPİ-nin bu strukturundakı yer uğrunda öz namizədliyini irəli sürən namizəd ölkələr arasında Azərbaycan, Gürcüstan və Rumıniya olub.

Qəyyumlar Şurası Xidmət Keyfiyyəti Fondu çərçivəsində dünya ölkələrinin poçt administrasiyaları tərəfindən hazırlanmış layihələri nəzərdən keçirir, onları təsdiq və ya rədd edir, icrasına nəzarəti həyata keçirir.

Azərbaycan bu vacib orqana üzv olmaqla ölkənin poçt sahəsi üzrə bir sıra əhəmiyyətli layihələrin hazırlanması və maliyyələşməsi istiqamətində mühüm imkanlar əldə etmiş olacaq.

Xəbər lenti

Xəbər lenti