...

"Azərbaycan Dəmir Yolları" onlayn-ödəniş sisteminə qoşulub

Telekommunikasiya Materials 29 Fevral 2012 18:13 (UTC +04:00)
"AzeriCard" prosessinq mərkəzi "Azərbaycan Dəmir Yolları" QSC-ni onlayn-ödəniş sisteminə qoşub.
"Azərbaycan Dəmir Yolları" onlayn-ödəniş sisteminə qoşulub

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir H.Vəliyev/

"AzeriCard" prosessinq mərkəzi "Azərbaycan Dəmir Yolları" QSC-ni onlayn-ödəniş sisteminə qoşub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "AzeriCard"ın məlumatında deyilir.

Onlayn-ödəniş sistemi sərnişinlərə VISA, VISA Electron, MasterCard və Maestro elektron bank kartlarından istifadə etməklə həm QSC-nin railway.gov.az korporativ internet-resursu, həm də azericard.com, ode.az və s. vasitəsilə dəmir yolları biletlərini əldə etməyə imkan verəcək.

Plastik kartların təhlükəsizliyinə 3DSecure təhlükəsiz texnologiyalar sistemi ilə zəmanət verilir.

Hazırda "AzeriCard" sistemində xidmət göstərilən plastik kart sahibləri üçün prosessinq mərkəzi tərəfindən internet-ödənişlərin edilməsi zamanı 3DSecure parolunu daxil etməyə imkan verən modul aktivləşdirilib.

3Dsecure parolu bilavasitə sayt vasitəsilə malların satın alınmasının və xidmətlərin ödənişini etməyə imkan verən pindir. Bu, saytın 3DSecure texnologiyasını dəstəkləməsi halında mümkündür.

Xəbər lenti

Xəbər lenti