...

"Intel" şirkəti Azərbaycanda təhsil proqramının inkişafını davam etdirəcək

Telekommunikasiya Materials 1 Mart 2012 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir H.Vəliyev/

"Intel" şirkəti Azərbaycanda "Gələcək üçün təhsil" proqramının inkişafını davam etdirəcək. Bu barədə cümə axşamı Trend-ə "Intel" şirkətinin biznesin inkişafı üzrə direktoru Aida Darmenova bildirib.

Darmenovanın sözlərinə görə, Azərbaycan Təhsil Nazirliyi və "Ultra" şirkəti məktəblərin elektron resurslarının yerləşdiyi səmərəli mərkəzləşdirilmiş məlumat bazası sistemi qurub.

"Bu sistem artıq Bakıda işləyir və onun bütün respublika üzrə genişləndirilməsi planlaşdırılır. Bu barədə Azərbaycanda yeni dövlət proqramının qəbulundan sonra danışmağın mənası var. Belə ki, bu model artıq bəyənilib", - o qeyd edib.

"Intel" şirkəti "Bir şagird-bir kompüter" layihəsinin təşəbbüskarıdır. Layihə bir neçə mərhələdə həyata keçirilir.
Stolüstü və ya mobil kompüterlərlə həmçinin müəllim heyəti təmin edilir ki, bu da müəllimlərə tapşırığı sinifdə yaymağa, şagirdlərin müvəffəqiyyətinə nəzarət etməyə və s. imkan verir.

Xəbər lenti

Xəbər lenti