...

SAZZ Internet qadınlar üçün 50 faizlik endirim elan edib

Telekommunikasiya Materials 6 Mart 2012 11:39 (UTC +04:00)
SAZZ İnternet 8 Mart Beynalxalq Qadınlar Günü münasibətilə keçirilən yeni aksiyaya başlayıb. Trend-in məlumatına görə, bu barədə proyvayder çərşənbə axşamı məlumat verib.
SAZZ Internet qadınlar üçün 50 faizlik endirim elan edib

Azərbaycan, Bakı, 6 mart /Trend/

SAZZ İnternet 8 Mart Beynalxalq Qadınlar Günü münasibətilə keçirilən yeni aksiyaya başlayıb. Trend-in məlumatına görə, bu barədə proyvayder çərşənbə axşamı məlumat verib.

8 mart - bayram günü də daxil olmaqla ayın 6-dan 8-dək nəzərdə tutulmuş həmin aksiya Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən SAZZ şirkətinin baş ofisi ilə yanaşı bütün SAZZ brend mağazalarını əhatə edəcək.

Bayram aksiyası çərçivəsində genişzolaqlı simsiz SAZZ İnternet xidmətlərinə qoşulmaq istəyən xanımlar abunə müqaviləsini imzaladıqda USB modemi 50% endirimlə əldə edə biləcəklər.
SAZZ İnternet limitsiz simsiz genişzolaqlı İnternet xidmətini Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, eləcə də Abşeron yarımadasının bir çox bağ qəsəbələrində təqdim edir.

Abunə müqaviləsini imzalayıb modem əldə edən müştərilər SAZZ İnternet xidmətlərinə dərhal qoşula bilirlər. Müqavilə şəxsiyyət vəsigəsi əsasında bağlanır. Aylıq abunə haqqı 25 manat təşkil edir.

Qeyd edək ki, şirkət bütün yeni abunəçilərə xidməti ilk 5 gün ərzində test etmək imkanını verir. SAZZ abunəçisi olduğu andan hər istifadəçi həmin 5 gün ərzində avadanlıq üçün ödədiyi məbləği və aylıq abunə haqqını tam şəkildə geri ala bilər (istifadə olunmuş trafik həcmi 200 mb-dan artıq olmamaq şərtilə).

SAZZ İnternet xidmətləri və keçirilən aksiyalar haqqında daha ətraflı məlumatı www.sazz.az saytından, yaxud günün 24 saatı fəaliyyət göstərən 191 nömrəsindən əldə edə bilərsiniz.

Xəbər lenti

Xəbər lenti