...

"Azercell" yeni kampaniyaya start verib

Telekommunikasiya Materials 27 Mart 2012 14:57 (UTC +04:00)
"Azercell Telekom" MMC daha bir yeni kampaniyaya start verib.
"Azercell" yeni kampaniyaya start verib

Azərbaycan, Bakı, 27 mart /Trend/

"Azercell Telekom" MMC daha bir yeni kampaniyaya start verib.

Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, martın 22-dən etibarən "Bölgə" adlı kampaniya çərçivəsində SimSim abunəçiləri Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, Azərbaycanın bütün bölgələrində şəbəkədaxili zəngləri 2-ci dəqiqədən sonra pulsuz danışacaqlar. Kampaniyada iştirak etmək üçün abunəçi Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla ölkənin rayonlarının birində olmalıdır.

Qeyd edək ki, bir zəngin davamiyyəti 40 dəqiqə ilə məhdudlaşdırılıb. Kampaniyada iştirakdan imtina etmək üçün 9979 qısa nömrəsinə boş pulsuz sms göndərmək lazımdır. Kampaniyadan ayrılan abunəçi kampaniyaya yenidən qoşulmaq uçun 1010-a 399 yazib sms göndərməlidir. Bu kodu öyrənmək üçün o, 1010-a boş sms göndərə bilər. Kampaniyaya qoşulan abunəçi bölgədən şəbəkədaxili Əzizlərim nömrəsinə zəng etsə, ilk 2 dəqiqənin tarifi Əzizlərim tarifinə müvafiq hesablanacaq (o cümlədən Tələbə 1-liyi və GəncSim), digər hallarda isə ilk iki dəqiqə abunəçinin olduğu tarif paketinə müvafiq hesablanacaq.

Qeyd edək ki, SimSim sistemindən Fakturalı Xətt sisteminə keçən abunəçi kampaniyanı avtomatik olaraq tərk edir. Belə abunəçi yenidən SimSim sisteminə qayıdarsa, kampaniyada bir daha iştirak edə bilər.

Xəbər lenti

Xəbər lenti