...

Bakıda bəzi satış məntəqələrində Azercell Telekom-un danışıq kartlarının qiymətləri süni şəkildə artırılıb

Telekommunikasiya Materials 4 Aprel 2012 14:09 (UTC +04:00)
Paytaxtın bəzi satış məntəqələrində Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC-nin sim kartlarının qiymətləri süni şəkildə artırılır.
Bakıda bəzi satış məntəqələrində Azercell Telekom-un danışıq kartlarının qiymətləri süni şəkildə artırılıb

Azərbaycan, Bakı, 4 aprel / Trend, müxbir H.Vəliyev /

Paytaxtın bəzi satış məntəqələrində Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC-nin sim kartlarının qiymətləri süni şəkildə artırılır. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumata görə, Bakıda bəzi satış məntəqələrində Azercell Telekom-un danışıq kartlarının qiymətlərinin süni şəkildə artırılmasına dair dəfələrlə müraciət və suallar daxil olub.

Şirkət bəyan edir ki, sim kartların nominal qiymətlərindən baha qiymətə satılması halları həmin kartların satıldığı məntəqələrin özbaşınalığı və Azercell şirkəti ilə razılaşdırılmamış fəaliyyətinin nəticəsidir.

Xəbər lenti

Xəbər lenti