...

Azərbaycan İKT sahəsində MDB-nin baza təşkilatlarının formalaşdırılması imkanlarına baxır

Telekommunikasiya Materials 10 Aprel 2012 14:33 (UTC +04:00)
Azərbaycanın rabitə administrasiyası informasiya-kommunikasiya texnologiyaları sahəsində MDB-nin baza təşkilatlarının formalaşdırılması imkanlarına baxır.
Azərbaycan İKT sahəsində MDB-nin baza təşkilatlarının formalaşdırılması imkanlarına baxır

Azərbaycan, Bakı, 10 aprel / Trend, müxbir H.Vəliyev/

Azərbaycanın rabitə administrasiyası informasiya-kommunikasiya texnologiyaları sahəsində MDB-nin baza təşkilatlarının formalaşdırılması imkanlarına baxır. Trend-in məlumatına görə, bu barədə Regional Rabitə Birliyinin (RRB) məlumatında deyilir.

Həmin məsələyə aprelin 3-də Qazaxıstanda keçirilən RRB-nin İnformasiyalaşdırma Komissiyasının 27-ci iclası çərçivəsində baxılıb.

İclas iştirakçıları RRB iştirakçı ölkələrində "elektron hökumət"in yaradılmasının gedişi, bununla əlaqədar həyata keçirilən idarələrarası elektron qarşılıqlı fəaliyyətin həyata keçirilməsi, eləcə də vətəndaşların elektron xidmətlərin əldə olunmasına çıxışının müxtəlif mexanizmləri ilə tanış olublar.

Qeyd olunub ki, RRB ölkələrinin beynəlxalq inteqrasiyasının vəzifələri müdafiə olunan elektorn sənədlərin mübadiləsi üçün şəraitin təmin olunmasını tələb edir. Beləliklə, transsərhəd informasiya mübadiləsində elektron sənədlərin hüquqi əhəmiyyətinin tanınması RRB iştirakçısı olan dövlətlərin əməkdaşlığının səmərəliliyini artırmağa imkan verir.

Xəbər lenti

Xəbər lenti