...

EPEG optik-lif kabel magistralının işə salınacağı tarix açıqlanıb

Telekommunikasiya Materials 29 May 2012 17:13 (UTC +04:00)
EPEG (Europe Persia Express Gateway) optik-lif kabel magistralının iyulun 10-da işə salınacağı gözlənilir.
EPEG optik-lif kabel magistralının işə salınacağı tarix açıqlanıb

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir H.Vəliyev/

EPEG (Europe Persia Express Gateway) optik-lif kabel magistralının iyulun 10-da işə salınacağı gözlənilir. Bu barədə çərşənbə axşamı Trend-ə layihəyə yaxın olan mənbə məluamt verib.

Hazırda İranla Omanı birləşdirən sualtı kabel magistralının çəkilişi həyata keçirilir. Onun rəsmi açılışının "IP Transit Summit 2012" çərçivəsində olacağı gözlənilir. Sammitdə EPEG layihəsinin iştirakçısı olan bütün tərəflərin - İranın "Telecommunication Infrastructure Company", Omanın "Omantel", Rusiyanın "Rostelekom" və beynəlxaql C&W-nin (Cable &Wireless) iştirak edəcəkləri gözlənilir.

Azərbaycanı sammitin işində "Delta Telecom" şirkəti təmsil edəcək.

Bundan əvvəl EPEG kabel magistralının mayda işə salınacağı gözlənilirdi. Layihənin işə salınması tarixinin başqa vaxta keçirilməsinin səbəbi İranla Oman arasında çəkiləcək kabel magistralının dəniz seqmentinin hazır olmaması ilə əlaqədar idi. Dəniz seqmentinin çəkilişi ilə bağlı işlər artıq aparılır və bu ayın sonunda başa çatacağı gözlənilir.

EPEG kabel magistralının Azərbaycan seqmentinin tikintisi tam başa çatıb və şəbəkə sınaq mərhələsindədir. Hazırda paralel olaraq əlavə ehtiyat marşrutun tikintisi işləri aparılır.

Azərbaycan seqmentinin əsas marşrutunun tikintisi işləri çərçivəsində şəbəkə infrastrukturu, beynəlxaql birləşmələrin infrastrukturu quraşdırılıb və tutumların tranziti üçün şəbəkələrin calanması təmin edilib.

Xəbər lenti

Xəbər lenti