...

Azərbaycanın ilk mobil rabitə operatoru CİNeration məzunlarını təbrik edib

Telekommunikasiya Materials 10 İyul 2012 14:31 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə genişçeşidli məhsullar təklif edir.
Azərbaycanın ilk mobil rabitə operatoru CİNeration məzunlarını təbrik edib

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet təchizatçısı olan "Bakcell" şirkəti müasir mobil rabitə istifadəçilərinə genişçeşidli məhsullar təklif edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı operatorun yaydığı məlumatda deyilir.

Daim fəal ünsiyyətdə olmaq və sosiallaşmaq istəyən gənc müştərilər üçün xüsusi olaraq yaradılan unikal tarif planı CINeration yeni informasiya və kommunikasiya texnologiyalarını öz həyatlarının mühüm bir hissəsi hesab edən dinamik və müasir gənclər üçün nəzərdə tutulub.

Yarandığı gündən bu yana yeni nəslin bütün nümayəndələrini ətrafına toplayan CİNeration Bakı şəhər Təhsil İdarəsinin dəstəyi ilə məktəb məzunları üçün unudulmaz buraxılış gecəsini təqdim etdi.

Azərbaycanda bir ilk olan bu layihə "Bakcell"in doğurdan da İlkCell olduğunu bariz nümunə ilə nümayiş etdirdi. Tədbirdə çıxış edən təhsil naziri və "Bakcell"in baş marketinq direktoru ilin ən fəal, bacarıqlı, yüksək nailiyyətlər və müvəffəqiyyətlər əldə etmiş məzunlarını təbrik edib, onlara həyatlarının yeni mərhələsində müvəffəqiyyətlər arzulayıb. Təhsillərini fərqlənmə ilə bitirmiş məzunlara "Bakcell"dən 1 il limitsiz internetli Sür@ data kartları hədiyyə edilib, fəal tələbələrə isə CINeration nömrələri pulsuz olaraq paylanıb.

Azərbaycan səhnəsində ilk dəfə olan Nyuşa (Rusiya), Cəza (Türkiyə), Dan Balan, eləcə də, yerli Miri Yusif, Safura, Uran və DJ Shock məzunlarımızın şərəfinə təşkil olunan konsert proqramında öz ifaları ilə gənclərimizi sevindirdilər.

Tədbir haqqında ətraflı məlumatı "Bakcell"in internet və "Facebook" səhifələrindən əldə edə bilərsiniz. . www.bakcell.com www.facebook.com/bakcell

"Bakcell" şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 92 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan "Bakcell" şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan "Bakcell" istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.

Xəbər lenti

Xəbər lenti