...

Nar Mobile-dan "Mercedes-Benz C180" qazanmaq imkanı

Telekommunikasiya Materials 13 İyul 2012 11:27 (UTC +04:00)
"Nar Mobile" mobil operatoru yeni möhtəşəm kampaniyaya başlayıb.
Nar Mobile-dan "Mercedes-Benz C180" qazanmaq imkanı

Azərbaycan, Bakı, 13 iyul /Trend/

"Nar Mobile" mobil operatoru yeni möhtəşəm kampaniyaya başlayıb.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, lotereyada çoxlu pul uduşlarının olması ilə yanaşı, əsas hədiyyə olaraq "Mercedes-Benz C180 Coupe" avtomobili oynanılacaq.

Kampaniyaya qoşulan abunəçi uduş keçirilən müddətdə hər həftə 500 AZN, hər ay 5000 AZN və final uduş günündə "Mercedes-Benz C180 Coupe" qazanmaq imkanını əldə edəcək.

Lotereyada iştirak etmək üçün "Nar Mobile" nömrəsindən START yazıb 8500 qısa nömrəsinə SMS göndərmək lazımdır.

Kampaniyanın şərtlərinə görə, iştirakçı hər bir SMS-ə görə 10 xal əldə edir. Toplanmış hər 10 xal bir şans olaraq qiymətləndirilir. Daha çox SMS abunəçinin qalib olmaq şansını artırmış olur. Bir SMS-in qiyməti ƏDV daxil olmaqla 0,69 AZN-dir.

Qeyd edək ki, lotereya 2012-ci il iyunun 12-dən dekabrın 25-dək həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti