...

Azərbaycan turistləri flydubai aviaşirkətinin yeni mobil web-saytından istifadə edə biləcəklər

Telekommunikasiya Materials 27 İyul 2012 12:17 (UTC +04:00)
Dubayın ilk qənaətcil flydubai aviaşirkəti mobil telefonlar üçün yeni web saytı istifadəçilərin ixtiyarına buraxıb. A
Azərbaycan turistləri flydubai aviaşirkətinin yeni mobil web-saytından istifadə edə biləcəklər

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Dubayın ilk qənaətcil flydubai aviaşirkəti mobil telefonlar üçün yeni web saytı istifadəçilərin ixtiyarına buraxıb. Artıq mobil sayt vasitəsilə səyatçilər aviaşirkətin uçuş cədvəli, tariflər haqqında məlumat ala və digər onlayn xidmətlərdən istifadə edə bilərlər.

flydubai.com resursunun mobil versiyası dünyanın istənilən güşəsindən aviabiletlər almaq və ödənişlər etməyə imkan verir. Eyni zamanda, təyyarənin salonunda yer seçmək, yük və sığorta ödənişlərini VISA və MasterCard kartları ilə həyata keçirmək mümkündür. Üstəlik, nağd üsulla edilən alış-verişi aviaşirkətin tərəfdaş şəbəkəsi vasitəsilə də həyata keçirmək olar. Saytda reyslərin carı vəziyyəti, təyyarələrin yola düşmə və çatma saatları, uçuşların müddəti haqqında məlumatlar da yerləşdirilir.

"Məqsədimiz flydubay ilə səyahəti rahat və faydalı etməkdir. Biz müştərilərimizə, biletlərin bronlaşdırılmasından başlayaraq uçuşların qeydiyyatına gədər - ən müasir xidmət göstərməkdə davam edirik. Ümidvaram ki, yeni mobil web saytımızdan yararlanan müştərilər aviaşirkəmizin xidmətlərindən daha çox istifadə edəcəklər", - flydubai aviaşirkətinin Baş meneceri Qeyt Əl Qeyt deyib.

Xəbər lenti

Xəbər lenti