...

ABŞ və Azərbaycan İKT sahəsində anlaşma memorandumu imzalayacaqlar

Telekommunikasiya Materials 29 Sentyabr 2012 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir H.Vəliyev/

ABŞ Dövlət Departamenti ilə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi informasiya-kommunikasiya texnologiyaları sahəsində anlaşma memorandumu imzalamağı planlaşdırırlar. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla keçirdiyi görüşdə bildirib. Trend-in məlumatına görə, bu barədə şənbə günü nazirliyin yaydığı məlumatda deyilir.

Morninqstarın sözlərinə görə, sənədin internetin idarə edilməsi problemlərinin müzakirəsi üzrə beynəlxalq forum (IGF-Internet Governance Forum) çərçivəsində imzalanması gözlənilir. Forum noyabrın 6-9-da Bakıda keçiriləcək Beynəlxalq BakuTel-2012 Telekommunikasiya Sərgisi çərçivəsində baş tutacaq.

Forumun işində ABŞ dövlət katibi köməkçisinin müavini, beynəlxalq əlaqələr və informasiya siyasəti üzrə koordinatoru Filipp Vervirin başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

Abbasov öz növbəsində səfirə İKT sahəsində ölkədə aparılan islahatlar, Trans Avrasiya superinformasiya magistralı (TASIM) layihəsinin reallaşdırılması, "Azerspace-1" telekommunikasiya peykinin buraxılması və bu layihədə ABŞ ilə əməkdaşlıq, o cümlədən "Microsoft" ilə əməkdaşlıq, bu şirkət tərəfindən Azərbaycanda yaradılan DATA-mərkəzi və s. haqqında məlumat verib.

Nazir həmçinin "elektron hökumət"in yaradılması sahəsində ölkədə aparılan işlər haqqında danışıb. "Elektron hökumət"in formalaşdırılmasında ABŞ təcrübəsi də daxil olmaqla, qabaqcıl beynəlxalq təcrübə öyrənilib.

Xəbər lenti

Xəbər lenti