Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi tərəfindən 2012-ci ilin 9 ayı ərzində 922 ədəd İdarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə DRİ-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Ötən dövr ərzində DRİ-yə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 520 təşkilat, müəssisə və şirkətlərdə istsmar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.
Qeydiyyatdan keçməyən REV-in ümumi sayından 160 ədədi qeydiyyata salınıb, 388 ədədi möhürlənib, 33 ədədi silinib və 341 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 54 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.