...

Naxçıvanda Azercell-in Tələbə Təqaüd Proqramı təqdim olundu

Telekommunikasiya Materials 17 Oktyabr 2012 16:13 (UTC +04:00)
"Azercell Telekom" MMC-dən Trend-ə verilən məlumata görə, təqdimat mərasimində universitetin 150-yə yaxın tələbəsi iştirak edib. Mərasimdə "Azercell" şirkətinin təmsilçiləri proqram haqqında ətraflı məlumat verib, layihəyə qoşulmaq üçün tələb olunan şərtləri açıqlayıblar.
Naxçıvanda Azercell-in Tələbə Təqaüd Proqramı təqdim olundu

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Oktyabrın 10-da Naxçıvan Dövlət Universitetində Tələbə Təqaüd Proqramının təqdimatı baş tutub.

"Azercell Telekom" MMC-dən Trend-ə verilən məlumata görə, təqdimat mərasimində universitetin 150-yə yaxın tələbəsi iştirak edib. Mərasimdə "Azercell" şirkətinin təmsilçiləri proqram haqqında ətraflı məlumat verib, layihəyə qoşulmaq üçün tələb olunan şərtləri açıqlayıblar. Təqdimatın sonunda şirkət nümayəndələri tələbələri maraqlandıran sualları cavablandırıblar.

Görüş zamanı qeyd olunub ki, Azercell-in bu proqramı tələbələrə aylıq təqaüd almaq imkanı verir. Belə ki, Tələbə Təqaüd Proqramı üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək 200 manat məbləğində aylıq təqaüd alırlar. Bunun üçün şirkətin təyin etdiyi mərhələli seçimlərdən keçmək lazımdır.

Proqramın qalibləri layihə çərçivəsində keçirilən təlimlərə qatılmaqla telekommunikasiya sahəsindəki biliklərini artıra, müxtəlif proqramlarda iştirak etməklə öz təşəbbüslərini reallaşdırmaq şansı qazana bilərlər. Təqaüd Proqramı gənclərin uğurlu karyera qurmasına da kömək edir, çünki proqram iştirakçıları şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət alır, ən önəmlisi isə Azercell-də təcrübə keçmək şansını əldə edəcəklər.

İndiyə kimi 100-dən artıq tələbə Azercell-in Təqaüd Proqramında iştirak edib. Onların bir qismi təhsili bitirəndən sonra şirkətdə işlə təmin olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti