"Ailə TV" şəbəkəsinə daxil olan "Ailə NET" internet provayder şirkəti Bakı şəhərində öz əhatə dairəsini genişləndirir. Bir müddət öncə Bakıda genişzolaqlı, yüksəksürətli internet qoşulmaları həyata keçirməyə başlayan şirkət, artıq Bakı şəhərinin bir sıra rayonlarında əhaliyə fiber optik bazada genişzolaqlı, yüksəksürətli internet xidmətləri təqdim edir.
Aparılan işlər nəticəsində əhatə dairəsinə Nizami, Xətai, Yasamal rayonları, 1-9 Mikrorayonlar daxil edən şirkət qısa vaxt ərzində Bakı şəhərinin ən iri rayonlarında öz şəbəkəsini qurub. Gəncə şəhərində də xidmətlərin göstərilməsinə start verən AiləNet, burada da öz əhatə dairəsini genişləndirib. Hazırda yeni binalarda qoşulmalar həyata keçirən internet provayder, artıq Yeni Gəncə massivi, Gəncədə ən iri prospektlər olan Heydər Əliyev və Atatürk prospektlərində və Nizami, Cavadxan küçələrində genişzolaqlı internet xidməti göstərir.
Bu günlərdə şirkət Bakı şəhərinin Nərmanov və Suraxanı rayonlarınıda öz əhatə dairəsinə daxil edib və bu ilin noyabr ayından etibarən, artıq Nərimanov rayonundakı 5 mərtəbəli binaların və Yeni Günəşli qəsəbəsinin sakinləri AiləNet-in fiber optik texnologiyalı internet xidmətindən istifadə edə biləcəklər.
Azərbaycanda və ümumiyyətlə Cənubi Qafaqaz regionunda fiber optik bazada genişzolaqlı, yüksəksürətli internet qoşulma həyata keçirən "Ailə NET", 2013-cü ilin sonuna qədər Bakı şəhərinin bütün ərazilərini genişzolaqlı fiber optik internetlə təmin etmək hədəfini öz qarşısına qoyub.
Əhatə dairəsini genişləndirən "Ailə NET", abunəçilərə güzəştli tariflər də təqdim edir. 2 mbit\s internet qoşulmaya görə 15 AZN abunə haqı ödəyən abunəçilər, "Ailə TV" xidmətləri və "Ailə NET" xidmətlərini birlikdə seçərlərsə, bu zaman TV və İnternetə görə birlikdə sadəcə 18 AZN ödəyirlər.
Qeyd edək ki, Azərbaycanda sürətlə inkişaf edən internet provayederlərdən biri olan AiləNet, Ailə TV şəbəkəsinin bir hissəsidir. Geniş fiber optik şəbəkəyə malik olan şirkət, ölkəmizdə 18-ci dəfə keçiriləcək və noyabrın 6-dan 9-na kimi davam edəcək, BakuTel-2012 İnformasiya və Telekommunikasıya Texnologiyarı sərgisində iştrak edəcək.