...

Fransa səfiri: Bakıda keçirilən “IGF-2012” forumu işgüzar dairələrdə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək

Telekommunikasiya Materials 9 Noyabr 2012 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir H.Vəliyev /

Bakıda "BakuTel" telekommunikasiya sərgisi ilə paralel olaraq İnternet İdarəçilik Forumu (IGF-2012) kimi belə vacib tədbirin keçirilməsi işgüzar dairələrdə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək. Trend-in məlumatına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye səfirlikdə cümə günü keçirilən rəsmi görüşdə deyib.

Görüşdə Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirini müavini Elmir Vəlizadə, telekommunikasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Azərbaycan və Fransa şirkətlərinin nümayəndələri iştirak ediblər.

Mönye Azərbaycan və Fransa arasındakı münasibətləri yüksək qiymətləndirib və bir sıra sahələrdə, eləcə də informasiya kommunikasiya texnologiyaları sahəsində iki ölkənin işgüzar dairələrinin əməkdaşlığının fəallaşdığını xüsusi qeyd edib.

"İKT sahəsində Azərbaycan və Fransa şirkətlərinin əməkdaşlığı ilbəil daha da möhkəmlənir. Zəngin tarixə malik müstəqil Azərbaycan Qərblə Şərqin kəsişməsində yerləşmiş Avropaya dost ölkədir. Biz Azərbaycanla işləməyə hazırıq və onun bu sahədə tərəfdaşlarımızdan biri kimi görmək istəyirik", - səfir deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün İKT sahəsində regionda lider roluna iddia edir.

"İnformasiya texnologiyaları ölkələrin inkişafına imkan yaradan əhəmiyyətli alətlərdən biridir. Azərbaycanda İKT sahəsi hökumət səviyyəsində dəstəklənir ki, xüsusi əhəmiyyətə malik məsələlərin müzakirə edildiyi "IGF" forumunun belə yüksək səviyyədə təşkil olunması bunun aşkar nümunəsidir", - Mönye bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti