...

"Bank Respublika" onlayn rejimdə "cari hesaba mədaxil" xidmətini təqdim edib

Telekommunikasiya Materials 19 Dekabr 2012 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir H.Vəliyev/

"Bank Respublika" "AzeriCard" prosessinq mərkəzi ilə birgə öz müştərilərinə kredit borclarını ATM və bankın rəsmi səhifəsi vasitəsilə onlayn ödəmək imkanı yaradan "cari hesaba mədaxil" xidmətini təqdim edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Azericard"ın yaydığı məlumatda deyilir.

Xidmətdən yayarlanmaq üçün internet vasitəsilə www.bankrespublika.az "Kreditin onlayn ödənişi" səhifəsinə daxil olub hesab və şəxsiyyət vəsiqəsinin nömrəsini (seriyanın yalnız rəqəm hissəsini) daxil etmək, növbəti səhifələrdə isə ödəniləcək məbləği (3000 manatdan çox olmamalı), kredit kart məlumatlarını və təhlükəsizlik kodunu qeyd etmək lazımdır.

İstifadəçi sorğunun yerinə yetirilməsi barədə məlumatlandırılır. Cari hesaba vəsaiti köçürəndən sonra hesaba bağlı kredit uzrə borc müəyyən edilib kredit cədvəlinə uyğun silinəcək, kredit borcu avtomatik olaraq cari hesabdan ödəniləcək.

Plastik kart üzrə kredit borcunun onlayn ödənilməsi üçün həmin karta bağlı cari hesab nömrəsini (daxil edilməsi vacib olan) "Bank Respublika"da dəqiqləşdirmək lazımdır. Kart nömrəsi bu əməliyyatın aparılması üçün istifadə olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti