...

"Microsoft" şirkəti Azərbaycanın dövlət qurumları üçün yeni proqram yaradır

Telekommunikasiya Materials 20 Dekabr 2012 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir H. Vəliyev/

"Microsoft Azerbaijan" şirkəti "Home news writes" proqramını yaradır. Bu proqram çərçivəsində Azərbaycanın dövlət qurumlarının əməkdaşları ev şəratində istifadə etmək üçün 9 dollara "Microsoft" un lisenziyalı proqram təminatını əldə edə biləcəklər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov deyib.

Proqram "Microsoft"un Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə 2011-ci ildə imzaladığı müqaviləyə əsasən reallaşdırılacaq.

Lisenziyalaşdırılmış proqram təminatına keçən dövlət strukturlarının kompüter parkı 10 min ədədi ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti