...

Azərbaycanda "Google Chrome" bazarının payı artıb

Telekommunikasiya Materials 23 Fevral 2013 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir H.Vəliyev/

2013-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanda "Google Chrome" internet brauzerinin bazarının payı 1,13 faiz artıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Global Stats" statistik mərkəzinin yaydığı məlumatda deyilir.

"Google Chrome" brauzeri Azərbaycanda ən populyar brauzerdir və bazarın 51,89 faizini təşkil edir ki, bu da 2012-ci ilin analoji dövr göstəricisindən 40 faiz çoxdur.

25,64 faiz payla "Opera" brauzeri ikinci yerdə qərarlaşıb. İlin əvvəlindən "Opera" bazarının payı 0,08 faiz azalıb.

"Internet Explorer" brauzeri istifadəçilərinin sayının xeyli azaldığı qeydə alınıb. "Global Stats"ın məlumatına görə, iki ayın yekununa əsasən, "Internet Explorer" bazarının payı 7,3 faiz azalaraq 10,41 faiz təşkil edib ki, bu da 2012-ci ilin analoji dövrünə nisbətən 43,8 faiz azdır.

Bazarın 7,87 faizini təşkil edən "Mozilla Firefox" brauzerinin payında da 3,08 faiz azalma qeydə alınıb.

Yanvar-fevral aylarında "Safari" brauzerinə qoşulanların sayında 2,73 faiz artım qeydə alınıb. "Safari"nin Azərbaycanın internet-brauzer bazarındakı payı 1,88 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti