...

Azərbaycanın mobil operatoru "Apple" smartfonlarının satışını subsidiyalaşdırmaq niyyətindədir

Telekommunikasiya Materials 20 Mart 2013 11:13 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC "Apple" smartfonlarının satışını subsidiyalaşdırmaq niyyətindədir. Bu barədə Trend-ə şirkətin prezidenti Kiril Qaburiç deyib.
Azərbaycanın mobil operatoru "Apple" smartfonlarının satışını subsidiyalaşdırmaq niyyətindədir

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC "Apple" smartfonlarının satışını subsidiyalaşdırmaq niyyətindədir. Bu barədə Trend-ə şirkətin prezidenti Kiril Qaburiç deyib.

Onun sözlərinə görə, "Apple" ilə danışıqlar aparmaq heç də asan deyil, sərt qiymət siyasətindən başqa, şirkət, həmçinin öz qurğularının əldə edilməsi üçün müəyyən şərtlər irəli sürür.

Söhbət gələcəkdə öz abonenti tərəfindən reallaşdırılması üçün operatorun "Apple" məhsulunu almasından gedir.

"Biz maraqlı təkliflərlə çıxış edən tərəfdaşlarla əməkdaşlığa hazırıq. Distribüterlərimiz "Apple" məhsulları ilə bağlı müəyyən aksiyalar keçirir. "Apple" ilə danışıqlar aparmaq heç də asan deyil. Şirkət məhsulunu baha qiymətə satır, buna görə də hələlik tələb olunan sayı subsidiyalaşdıra bilmirik. Buna baxmayaraq, əminəm ki, biz buna nail olacağıq", - Qaburiç deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti