...

"Google Chrome" Azərbaycanda ən populyar brauzerdir

Telekommunikasiya Materials 31 May 2013 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir H.Vəliyev/

2013-cü ilin yanvar-may ayları ərzində Azərbaycanda "Google Chrome" internet brauzerinin bazarının payı 12,6 faiz artıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Global Stats" statistik mərkəzinin yaydığı məlumatda deyilir.

"Google Chrome" brauzeri Azərbaycanda ən populyar brauzerdir və bazarın 57,77 faizini təşkil edir ki, bu da 2012-ci ilin analoji dövr göstəricisindən 40,2 faiz çoxdur.

19,62 faiz payla "Opera" brauzeri ikinci yerdə qərarlaşıb. İlin əvvəlindən "Opera" bazarının payı 23,54 faiz azalıb.

"Internet Explorer" brauzeri istifadəçilərinin sayının azalması da qeydə alınıb. "Global Stats"ın məlumatına görə, beş ayın yekununa əsasən, "Internet Explorer" bazarının payı 13,3 faiz azalaraq 9,65 faiz təşkil edib ki, bu da 2012-ci ilin analoji dövrünə nisbətən 35,76 faiz azdır.

Bazarın 9,92 faizini təşkil edən "Mozilla Firefox" brauzerinin payında da 14,78 faiz azalma qeydə alınıb.

Yanvar-may aylarında "Safari" brauzerinə qoşulanların sayında 36 faiz artım qeydə alınıb. "Safari"nin Azərbaycanın internet-brauzer bazarındakı payı 2,49 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti