...

Azərbaycana mobil telefonların idxalı azalıb

Telekommunikasiya Materials 14 İyun 2013 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir H.Vəliyev/

2013-ci ilin yanvar-aprel aylarında əsasən, Azərbaycana ümumi dəyəri 1700,7 min dollar olan 36 558 ədəd mobil telefon idxal olunub. Bu barədə cümə günü Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, 2012-ci ilin yanvar-aprel aylarında qeydə alınan göstəricilərlə müqayisədə (43 427 ədəd mobil telefon idxal edilib) idxal olunan mobil telefonların sayı 15,8 faiz azalıb, pulla ifadədə isə bu göstərici 26,4 faiz azalıb.

Ölkəyə hər ay orta hesabla 9 min ədəd mobil telefon idxal edilib. Mobil telefon bazarının aylıq həcmi pulla ifadədə 425 min dollardan çox təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti