...

"Google Chrome" Azərbaycanda ən populyar brauzerdir

Telekommunikasiya Materials 17 Avqust 2013 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir H.Vəliyev/

2013-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda "Google Chrome" internet brauzerinin bazarının payı 13,98 faiz artıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Global Stats" Statistik Mərkəzinin yaydığı məlumatda deyilir.

"Google Chrome" brauzeri Azərbaycanda ən populyar brauzerdir və bazarın 58,28 faizini təşkil edir ki, bu da 2012-ci ilin analoji dövr göstəricisindən 46,65 faiz çoxdur.

18,52 faiz payla "Opera" brauzeri ikinci yerdə qərarlaşıb. İlin əvvəlindən "Opera" bazarının payı 27,83 faiz azalıb.

"Internet Explorer" brauzeri istifadəçilərinin sayının azalması da qeydə alınıb. "Global Stats"ın məlumatına görə, yeddi ayın yekununa əsasən, "Internet Explorer" bazarının payı 13,5 faiz təşkil edib ki, bu da 2012-ci ilin analoji dövrünə nisbətən 16,46 faiz azdır.

Bazarın 6,59 faizini təşkil edən "Mozilla Firefox" brauzerinin payında da 18,85 faiz azalma qeydə alınıb.

Yanvar-may aylarında "Safari" brauzerinə qoşulanların sayında 47,54 faiz artım qeydə alınıb. "Safari"nin Azərbaycanın internet-brauzer bazarındakı payı 2,7 faizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti