...

Nar Mobile "Bölgələrdə bonus" kampaniyasına başlayır

Telekommunikasiya Materials 2 Sentyabr 2013 17:12 (UTC +04:00)
Kampaniya çərçivəsində ilk ayda bonus dəqiqələr abunəçilərə avtomatik surətdə, sonrakı aylarda isə balanslarını ən azı 2 AZN dəyərində artırdıqları təqdirdə təqdim ediləcək. Belə ki, abunəçilər 30 dəqiqəlik bonusdan 30 gün ərzində şəbəkədaxili səsli və görüntülü zənglər üçün istifadə edə biləcəklər.
Nar Mobile "Bölgələrdə bonus" kampaniyasına başlayır

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Nar Mobile mobil operatoru "Bölgələrdə bonus" kampaniyasına başlayır.

Kampaniya çərçivəsində ilk ayda bonus dəqiqələr abunəçilərə avtomatik surətdə, sonrakı aylarda isə balanslarını ən azı 2 AZN dəyərində artırdıqları təqdirdə təqdim ediləcək. Belə ki, abunəçilər 30 dəqiqəlik bonusdan 30 gün ərzində şəbəkədaxili səsli və görüntülü zənglər üçün istifadə edə biləcəklər.

"Bölgələrdə bonus" kampaniyası Bakı şəhəri və Abşeron yarımadası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində əldə edilən nömrələrə şamil olunur.

Kampaniya ilə bağlı daha ətraflı məlumat Nar Mobile mobil operatorunun internet səhifəsində yerləşdirilib: http://narmobile.az/az/private/campaigns/bonus_in_regions/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti