...

Vergilər Nazirliyi 5 yeni elektron xidmət göstərməyə başlayıb

Telekommunikasiya Materials 21 Oktyabr 2013 19:43 (UTC +04:00)
Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirər haqqında” fərmanının icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi tərəfindən göstərilməsi nəzərdə tutulan 57 elektron xidmətdən 2012-ci ildən istifadəyə verilmiş 46 növü üzrə inzibati reqlamentlər “Hüquqi Aktların Dövlət Reyestrin”də elektron variantda dərc edilib.
Vergilər Nazirliyi 5 yeni elektron xidmət göstərməyə başlayıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Azərbaycan Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirər haqqında" fərmanının icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi tərəfindən göstərilməsi nəzərdə tutulan 57 elektron xidmətdən 2012-ci ildən istifadəyə verilmiş 46 növü üzrə inzibati reqlamentlər "Hüquqi Aktların Dövlət Reyestrin"də elektron variantda dərc edilib.

Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, daha 5 yeni elektron xidmətin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılıb.

Bununla əlaqədar nazirlik tərəfindən "Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatdan çıxarılması", "Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi", "Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi", "Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının onlayn dəyişdirilməsi", "Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının onlayn dəyişdirilməsi" üzrə elektron xidmətlərin göstərilməsinə başlanılıb.

Təqdim olunan xidmətlərin məzmunu vergi ödəyicisi qismində qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin, qeyri-kommersiya hüquqi şəxslərin, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq vergi uçotuna alınmış hüquqi şəxslərin filiallarının və bölmələrinin, eləcə də fiziki şəxslərin uçot məlumatlarının elektron qaydada dəyişdirilməsini, həmçinin vergi ödəyicilərinin təsərrüfat subyeklərinin (obyektlərinin) elektron qaydada qeydiyyatdan çıxarılmasını əhatə edir.

Elektron xidmətlərin istifadəçiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi və fiziki şəxslərdir. Xidmət interaktiv qaydada ödənişsiz həyata keçirilir və http://www.e-taxes.gov.az/, http://www.e-gov.az ünvanlarında istifadəçilərə təqdim olunur.

Təqdim olunan yeni xidmətlər barədə ətraflı məlumatı https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg[email protected] elektron ünvanından, nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzlərindən və 195 Çağrı Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti