...

Riçard Morninqstar: ABŞ-Azərbaycan əməkdaşlığı İKT sahəsinin inkişafına öz töhfəsini verəcək

Telekommunikasiya Materials 3 Dekabr 2013 16:10 (UTC +04:00)
Azərbaycan region ölkələri arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində geniş imkanlara malikdir.
Riçard Morninqstar: ABŞ-Azərbaycan əməkdaşlığı İKT sahəsinin inkişafına öz töhfəsini verəcək

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan region ölkələri arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində geniş imkanlara malikdir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.

Diplomatın sözlərinə görə, iqtisadiyyatın inkişafına yardım edən üç mühüm istiqamət mövcuddur: əqli mülkiyyət sahiblərinin hüquqlarının qorunması, gömrük və vergilər sahəsində islahatların aparılması və Ümumdünya Ticarət Təşkilatına daxil olmaq:

"Bu istiqamətlərin hamısını inkişaf etdirmək vacibdir. Azərbaycan ÜTT-nin üzvü olarsa və informasiya texnologiyalarının idarə olunması üzrə sazişə qoşularsa, bu, respublikanın ixrac potensialının artmasına kömək edər".

Səfir ABŞ və Azərbaycanın əməkdaşlığının bu sahənin inkişafına öz töhfəsini verəcəyinə ümid etdiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti