...

"Nar Mobile" mobil operatoru Novruz bayramı ilə əlaqədar yeni aksiyaya başlayır

Telekommunikasiya Materials 17 Fevral 2014 17:41 (UTC +04:00)
"Nar Mobile" qarşıdan gələn Novruz bayramında bütün abunəçilərini sevindirəcək. Hər zaman abunəçilərinin ovqatını yüksəltməyə çalışan mobil operator bayram günlərində onlara bonus dəqiqələr hədiyyə etmək niyyətindədir.
"Nar Mobile" mobil operatoru Novruz bayramı ilə əlaqədar yeni aksiyaya başlayır

Azərbaycan, Bakı, 17 fevral /Trend/

"Nar Mobile" qarşıdan gələn Novruz bayramında bütün abunəçilərini sevindirəcək. Hər zaman abunəçilərinin ovqatını yüksəltməyə çalışan mobil operator bayram günlərində onlara bonus dəqiqələr hədiyyə etmək niyyətindədir.

Şirkərtdən Trend-ə verilən məlumata görə, Nar Mobile" abunəçilərinin fevral ayında şəbəkədaxili və şəbəkəxarici zənglər üçün sərf etdikləri vəsaitin 10%-i onların mart ayındakı şəbəkədaxili və şəbəkəxarici zənglər üçün nəzərdə tutulmuş balanslarına geri qaytarılacaq.

Martın 1-dən etibarən abunəçilər əlavə edilmiş dəqiqələri öz balanslarında görə biləcəklər, lakin bonus dəqiqələrindən sadəcə 20 mart - 27 mart 2014-cü il tarixləri arasında istifadə etmək mümkün olacaq.

Bonus dəqiqələri hər bir abunəçinin fevral ayında sərf etdiyi danışıq dəqiqələri əsasında hesablanaraq bütün tariflərin istifadəçilərinə şamil ediləcək. Qeyd edək ki, öncədən ödənişli tarif planına qoşulmuş istifadəçilər Novruz kampaniyasının təmin etdiyi fürsətdən avtomatik istifadə edə biləcəklər.

Kampaniya barədə əlavə məlumatı Nar Mobile-ın internet səhifəmizdən etmək olar: https://www.narmobile.az/pages/default/pageName=campaigns_catalog&id=497/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti