...

"Bakcell" yeni Müştəri Təcrübəsinin İdarə Edilməsi Sistemini istifadəyə verir

Telekommunikasiya Materials 29 Aprel 2014 19:27 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti öz müştərilərini ən yüksək keyfiyyətli şəbəkə təcrübəsi ilə təmin etmək məqsədilə yeni Müştəri Təcrübəsinin İdarə edilməsi sisteminə sərmayə yatırır.
"Bakcell" yeni Müştəri Təcrübəsinin İdarə Edilməsi Sistemini istifadəyə verir

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti öz müştərilərini ən yüksək keyfiyyətli şəbəkə təcrübəsi ilə təmin etmək məqsədilə yeni Müştəri Təcrübəsinin İdarə edilməsi sisteminə sərmayə yatırır.

Şirkət şəbəkə fəaliyyətində mövcud olan çatışmazlıqların intellektual təhlili vasitəsilə müştəri şikayətlərinin həll edilməsi zamanı proaktiv aşkarlama və xidmət keyfiyyətinin artırılmasına imkan verən yeni mərhələyə qədəm atdı.

"Bakcell" dünyanın informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri sahəsində aparıcı şirkəti olan "Huawei" ilə əməkdaşlıq çərçivəsində xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə yeni sistem yaradacaq. Bu sistem xidmətin keyfiyyətinin təkmilləşdirilməsi, əməliyyat effektivliyinin artırılması və biznesin davamlı inkişafı üçün müştəri məmnuniyyətinin yüksəldilməsində "Bakcell" şirkətinə kömək edəcək.

Son illərdə "Bakcell"in strateji diqqəti şirkətin müştərilərə təqdim etdiyi bütün şəbəkə texnologiyaları və xidmətlərində müştəri təcrübəsinin və məmnuniyyətinin artırılmasına yönəlib. "Bakcell" şirkəti müştərilərini yüksək səviyyəli təcrübə və ən üstün xidmət keyfiyyəti ilə təmin etmək məqsədilə son-istifadəçi təcrübəsinin idarə edilməsinə sərmayə yatırır.

Bakcell-in baş texniki direktoru Yigit Berktaş bildirib: "Effektiv əməliyyat transformasiyası vasitəsilə Bakcell müştəri təcrübəsinin idarə edilməsi sisteminə qoyulan sərmayələrdən istifadə edərək, müştəri təcrübəsini daim diqqət mərkəzində saxlayaraq Azərbaycanın telekommunikasiya bazarının liderinə çevriləcək".

Huawei SmartCare® sistemi multi-ölçülü səs və data xidmətlərinin qiymətləndirilməsi ilə yanaşı, real vaxt rejimində E2E multi-vendor şəbəkə keyfiyyətinin monitorinqini və təhlili mühitini təmin edir. Bu sistem Əsas Keyfiyyət Göstəricisi (ƏKG), VIP xidmət imkanları, korporativ istifadəçilər üçün Xidmət Səviyyəsinə dair Razılaşma, rouminq təhlili, şikayətlərin emalında yardım və GSM/UMTS/LTE şəbəkələri üçün digər əlavə funksiyaları təqdim edir.

Huawei-in Azərbaycan nümayəndəliyin baş direktoru Quo Xiaobinq bildirib: "Huawei Bakcell şirkətinin SmartCare® həllini seçdiyinə görə olduqca məmnundur və biz inanırıq ki, öz müştərilərini ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etməkdə Bakcell şirkətinə kömək edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti