...

"Nar Mobile" sərfəli qiymət siyasətinə sadiq qalır

Telekommunikasiya Materials 7 May 2014 18:58 (UTC +04:00)
Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru "Nar Mobile" uzun illər ərzində müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim edib.
"Nar Mobile" sərfəli qiymət siyasətinə sadiq qalır

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru "Nar Mobile" uzun illər ərzində müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim edib.

Şirkətdən Trend-ə daxil olan məlumatda deyilir: "Apardığımız bazar tədqiqatları onu söyləməyə əsas verir ki, biz abunəçilərimizə ən sərfəli qiymətləri təqdim edirik. Bu da bizə abunəçilərin sayının artım templərinə görə rəqiblərimizi qabaqlamağa imkan verir.

Qiymət siyasətimizin münasibliyinə diqqət yetirmək üçün tərəfimizdən tətbiq edilən sərfəli tariflərin sadəcə bir neçəsinin adını çəkmək kifayətdir.

• Abunəçilərimizə sadə və heç bir şərt olmadan, ölkə daxilində bütün istiqmətlərə dəqiqəsi 4 qəpiyə danışmaq imkanını verən "Unikal" tarif planı!
• Abunəçilərimizə ən cəlbedici gündəlik qiymət üzrə şəbəkə daxilində istədikləri qədər danışmaq imkanı verən "Yeni Limitsiz" tarif planı!
• Misilsiz münasib qiymət həcmində dəqiqəsi cəmi 3 qəpiyə bölgələrdən ölkədaxili zənglər etməyə imkan verən "Sənin 3-ün" adlı ən yeni tarif planımız!
• Həftəlik abunə haqqı üzrə çoxsaylı zəng dəqiqələri, İnternet və SMS xidmətlərindən istifadə etməyə imkan verən "3-ü 1-də" tarifi!
• və abunəçilərimizə cüzi qoşulma haqqı ödəməklə, şəbəkədaxili zənglərin ilk 3 dəqiqəsi üzrə dəqiqəsi 0 qəpiyə danışmaq imkan verən "0" tarifi.

Standart tariflərimiz ilə yanaşı, digər xidmətlərimiz də ən cəlbedici qiymətlər ilə təklif olunur. Məsələn, Data Xidmətlərimizdə, bizim sadə İnternet paketlərimiz müxtəlifliyi və sərfəliliyi ilə seçilir. Qeyd olunanlardan başqa, rəqib mobil operatorların qiymətlərindən ümumən aşağı olmaqla, abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə və sərfəli rouminq təklifimiz mövcuddur.

Nar Mobile mobil operatoru olaraq, biz daim təkmilləşən şəbəkə, çox sərfəli tariflər və nəzərə çarpan müştəri qayğısı ilə, abunəçilərimizin ehtiyaclarını ödəmək siyasətinə sadiqik.

İnanırıq ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil operatorların yüksək qiymətlər təqdim etməsi fikrini səsləndirdikdə bizim rəqiblərimizi nəzərdə tutur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti