...

"Bakcell" Azərbaycanda startap hərəkatını dəstəkləyir

Telekommunikasiya Materials 12 May 2014 17:28 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin dəstəyi ilə Bakıda müstəqil mütəxəssislər və "Startup Weekend" qlobal forumu tərəfindən növbəti beynəlxalq "Baku Startup Weekend" tədbiri təşkil olunub.
"Bakcell" Azərbaycanda startap hərəkatını dəstəkləyir

Azərbaycan, Bakı, 12 may /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkətinin dəstəyi ilə Bakıda müstəqil mütəxəssislər və "Startup Weekend" qlobal forumu tərəfindən növbəti beynəlxalq "Baku Startup Weekend" tədbiri təşkil olunub.

Şirkətdən Trend-ə verilən məlumata görə, 3 gün davam edən tədbirdə Azərbaycandan və dünyanın müxtəlif bölgələrindın olan mütəxəssislər iştirak ediblər.

"Startup Weekend" startapların yaradılması və sahibkarların bu sahə üzrə maarifləndirməsində aparıcı katalizatorlardan biridir. Əsası 2007-ci ildə qoyulan "Startup Weekend" 107-dən çox ölkədə keçirilib və bu foruma indiyə kimi ümumilikdə 100.000-dən artıq sahibkar cəlb edilib. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində 1000-dən artıq şirkət yaranıb və uğurla fəaliyyət göstərir.

Layihənin başlıca məqsədi sahibkarları maarifləndirmək və startapların yaradılması üçün onlara motivasiya verməkdir.

Bakıda keçirilən "Startup Weeked" tədbiri çərçivəsində sahibkarlar, marketerlər, dizaynerlər və proqramçılar komandalarda bir araya gələrək innovativ texnologiyalara əsaslanan startaplar yaradıb, münsiflər heyəti qarşısında təqdimatlar keçiriblər. Aşağıdakı layihələr "Starup Weekend" tədbiri çərçivəsində keçirilən müsabiqənin qalibi olub:

1-ci yer - Foursquare chat

2-ci yer - Free roads (froads.co)

3-cü yer - iTaxi layihəsi

"Bakcell" şirkəti 2011-ci ildən başlayaraq, gənc proqramçıları və developerləri bir araya gətirən layihələrə dəstək verir. 2011-ci ildə Xəzər İnvestisiya Mərkəzi (XİM) ilə birgə şirkət mobil rabitə sənayesinin əsas təmsilçiləri, bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər səlahiyyətli insanlar arasında əməkdaşlıq və biznes imkanları yaradan açıq cəmiyyət platforması - "Mobile Monday" (MoMO) beynəlxalq şəbəkəsini Azərbaycana gətirib. Azərbaycanda MoMo-nun əsas vəzifəsi yerli və dünya mobil bazarındakı ən son texnologiyaların köməyi ilə ölkənin mobil sektorunda innovasiyaların tətbiq edilməsi və müasir texnologiyalar vasitəsilə yeni layihələrin həyata keçirilməsini təşviq etməkdir.
İnnovasiyalar Bakcell şirkətinin fəaliyyətinin əsasını təşkil edir. Şirkətin məqsədi bazarın tez-tez dəyişən tələblərinə cavab verən texnoloji yeniliklərin tətbiqinə və dəyərli abunəçilərinə böyük imkanlar verən yeni layihələrin həyata keçirilməsinə dəstək göstərməkdir.

2013-cü ildə Bakcell Azərbaycan İnternet Forumu tərəfindən həyata keçirilən "Startup Azərbaycan" layihəsi çərçivəsində gənc startapları dəstəkləməkdə davam etdi. Azərbaycan İnternet Forumu tərəfindən həyata keçirilən layihənin əsas məqsədi Azərbaycanın İKT sektoruna sərmayə qoyuluşu mühitinin təkmilləşdirilməsi, yüksək keyfiyyətli İnternet və İT layihələrin inkişaf etdirilməsi və qabaqcıl ideyaların uğurlu biznes layihələrinə çevrilməsidir.

Azərbaycanın telekommunikasiya sektorunun ən əsas iştirakçılarından biri olaraq, Bakcell şirkəti sürətlə inkişaf edən bu qabaqcıl sənayenin inkişafına dəstək göstərmək öhdəliyini anlayır. Gənclər arasında startaplara olan maraq böyükdür. Bakcell böyük məmnuniyyətlə Startup layihələrini dəstəkləyir və inanır ki, bu layihələr gənc developerlərin öz ideyalarını reallaşdırması üçün güclü stimul yaradır, developerlər və startaplar üçün uğurlu bir platformaya çevrilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti