...

"Bakcell" Expressbank-ın ödəniş sisteminə qoşuldu

Telekommunikasiya Materials 10 İyul 2014 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti "Expressbank" tərəfindən istifadəyə verilmiş yeni "ExpressPay" sürətli ödəmələr sisteminə qoşulub.

Bu sistemin yaradılmasında məqsəd vətəndaşların "ExpressPay" ödəmə sistemi vasitəsilə ödənişlərini daha sürətli və daha rahat etməsidir.

Qeyd olunan ödəmə sistemi vasitəsilə istifadəçilər daha sürətli və rahat yolla mobil rabitə, kommunal xidmətlər və digər ödənişlər etməklə yanaşı, bankdaxili pulköçürmə xidməti, kino və teatrlara bilet alışı və digər çoxsaylı xidmətlərdən yararlana biləcəklər.

"ExpressPay" xidmətindən yararlanmaq üçün "Expressbank" filiallar şəbəkəsində, ticarət və əyləncə mərkəzləri və vətəndaşların sıx olduğu digər müxtəlif obyektlərdə çoxsaylı xüsusi ödəmə terminallarının yerləşdirilməsi nəzərdə tutulur.

Ödəmə terminalları ilə yanaşı, "Expressbank" bu ödəniş sisteminin daha rahat olması məqsədilə tezliklə mobil qurğular üçün xüsusi proqram hazırlayacaq. İnternet vasitəsilə və ya Expressbank-ın istənilən filialında bu proqramı mobil qurğuya yükləməklə dünyanın istənilən nöqtəsindən mobil ödənişlər etmək mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti