...

KATV1 Bakının rayonlarından birində yeni xidmət mərkəzini istifadəyə verib

Telekommunikasiya Materials 22 Avqust 2014 10:49
KATV1 kabel televiziyası Bakı şəhərinin Yasamal rayonunda Xidmət mərkəzini istifadəyə verib.
KATV1 Bakının rayonlarından birində yeni xidmət mərkəzini istifadəyə verib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 avqust /Trend/

KATV1 kabel televiziyası Bakı şəhərinin Yasamal rayonunda Xidmət mərkəzini istifadəyə verib. Cümə günü şirkətdən Trend-ə daxil olan məlumata görə, yeni mərkəz KATV1 kabel televiziyasının 9 ilik fəaliyyətinin ildönümü ilə baglı həyata keçirilən tədbir planı çərçivəsində açılmışdır.

Yeni Yasamal yaşayış sahəsində yerləşən mərkəzdə KATV1-in fəaliyyəti barədə məlumat əldə etmək, kabel şəbəkəsinə və internet xidmətinə qoşulmaq üçün sifariş vermək mumkundur. Bundan başqa ödənişlərin qəbulu, paketlərin siyahısında dəyişikliklərin edilməsi və bütün digər məsələlərlə bağlı da yeni xidmət mərkızinə müraciət etmək olar. Mərkəzin açılışında "AG Telekom" (KATV1 ticarət markasının sahibi) şirkətinin baş direktoru Samir Qurbanov şirkətin yaranma tarixindən danışaraq "KATV1" kabel televiziyasının dinamik inkişaf etdiyini, əhatə dairəsini gün-gündən genişləndiyini bildirdi, şirkətin artıq regionlarda da fəaliyyət göstərdiyini qeyd etdi.

Bildirildi ki, KATV1 kabel televiziyasının rəqəmsal yayımın keyifiyyətinin yüksəldilməsi üzrə gördüyü tədbirlər Azərbaycan Respublikasının bu istiqamətdə həyata keçirdiyi strategiyaya tam uyğundur. Cənubi Qafqazın aparıcı kabel televiziya operatoru olan KATV1 davamlı olaraq öz şəbəkəsini genişləndirir və Bakı, Gəncə, Xırdalan, Mingəçevir şəhərlərində kabel texnologiyası vasitəsilə rəqəmsal yayımı təmin edir.

Bununla yanaşı KATV1 Azərbaycanın dövlət strategiyasına uyğun olaraq internet xidmətləri şəbəkəsini də genişləndirməsi də qeyd olunmuşdur. Artıq KATV1 abunəçiləri genişzolaqlı internetdən də istifadə edə bilərlər.

Qeyd edək ki, Yeni Yasamal filialı şirkətin sayca 16-cı xidmət mərkəzidir. Bu günə kimi, KATV1 Kabel televiziyasının Bakı Xırdalan, Gəncə və Mingəçevir şəhərlərində ümumilikdə 15 xidməti fəaliyyət göstərirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti