...

Azercell-in yenilənmiş Mobil Göz Kilinikası fəaliyyətini davam etdirir

Telekommunikasiya Materials 10 Sentyabr 2014 16:51 (UTC +04:00)
Yeni tədris ili üçün re-brendinq edilən Mobil Göz Klinikası sentyabr ayında da kimsəsizlərə və məcburi köçkünlərə dayaq olacaq.
Azercell-in yenilənmiş Mobil Göz Kilinikası fəaliyyətini davam etdirir

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom-un sosial sahədə həyata keçirdiyi unikal layihəsi - Mobil Göz Klinikası bu gün də fəaliyyətini uğurla davam etdirir.

Yeni tədris ili üçün re-brendinq edilərək yenilənən Mobil Göz Klinikası valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin edərək, həmçinin ahıllar və aztəminatlı ailələrə də xidmət göstərəcək. Bu ilin yay aylarında Lökbatan qəsəbəsində yerləşən 39 saylı Kardiorevmatoloji Sanatoriyada müalicə alan vətəndaşları, Sumqayıtda yerləşən sığınacaqda məskunlaşan Laçın və Zəngilan rayonlarından olan məcburi köçkünləri, eyni zamanda, Qala qəsəbəsindəki məcburi köçkünləri müayinə edən Mobil Göz Klinkasının həkimləri sentyabr ayında da bu xeyirxah işləri davam etdirəcəklər. Belə ki, sentyabr ayında Mobil Göz Klinikası Pirşağıda və Zabratda məcburi köçkünlərin məskunlaşdığı sığınacağa, "Ümid Yeri" sığınacağına, eləcə də Sumqayıtdakı internat məktəbinə yollanacaq.

Məlumat üçün bildirək ki, layihə çərçivəsində Klinika artıq Bakı şəhərindəki bir çox internat məktəbləri, uşaq evlərinə səfər edib. Gəncə, Lənkəran, Qusar rayonlarındakı kimsəsiz uşaq evlərində, Nabrandakı uşaq düşərgələrində məskunlaşan və Qubadan, Xaçmazdan gətirilən görmə qüsurlu uşaqların müayinələri aparılıb.

Qeyd edək ki, Mobil Göz Klinikası 2011-ci il iyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayıb. Azərbaycanda çox maraqla qarşılanan və populyarlaşan bu layihədən indiyə qədər 2 mindən artıq uşaq yararlanıb. Layihənin icrasını "Caspian Compassion Project" aparır. Bu qurum Azercell-in aldığı avtobusun təchizatına, həkimlərin seçiminə, klinikanın marşrutlarının müəyyənləşdirilməsinə cavabdehdir. Azercell-in bu təşəbbüsü o qədər uğurlu olub ki, sonradan digər şirkətlər də səyyar şəkildə tibbi müayinələrin təşkili ilə bağlı layihələr reallaşdırmağa başlayıblar.

Şirkət həyata keçirdiyi sosial layihələrə görə dəfələrlə həm ölkəmizdə, həm də beynəlxalq arenada mükafatlandırılıb. Onu da qeyd edək ki, ilk dəfə məhz "Azercell" 2007-cı ildə "İlin Korporativ Sosial Məsuliyyətli" şirkəti seçilib, bundan sonra isə hər il sosial məsuliyyətlə bağlı mükafatlara layiq görülüb.

Daha ətraflı məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti