...

ITU: Azərbaycan İKT-nin inkişafı indeksi üzrə mövqeyini yaxşılaşdırıb

Telekommunikasiya Materials 25 Noyabr 2014 13:51 (UTC +04:00)
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) İKT-nin inkişaf indeksində (Measuring the Information Society Report 2014) Azərbaycan 2013-cü il ərzində 5,65 göstərici ilə 64-cü yeri tutub.
ITU: Azərbaycan İKT-nin inkişafı indeksi üzrə mövqeyini yaxşılaşdırıb

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) İKT-nin inkişaf indeksində (Measuring the Information Society Report 2014) Azərbaycan 2013-cü il ərzində 5,65 göstərici ilə 64-cü yeri tutub. Bununla da ölkəmiz 2012-ci illə müqayisədə reytinqdə mövqeyini 1 pillə yaxşılaşdırıb.

İKT-nin inkişaf indeksi 2009-cu ildən dərc olunur və 11 göstəricini əks etdirir.

Reytinqdə göstərilən 166 ölkənin hamısı üçün IDI-nin orta göstəricisi 4,77-dir. 2013-cü ilin sonuna internetə və kompüter texnologiyalarına çıxışı olan ev təsərrüfatlarının sayında ən böyük artım Rusiyada (müvafiq olaraq 67 və 70 faiz) müşahidə olunub. Azərbaycan, Belarus və Qazaxıstanda bu göstərici 50 faizi ötüb, Özbəkistan və Qırğızıstanda isə 10 faizdən aşağı olub.

Fiksasiya edilmiş genişzolaqlı çıxışın əhatəsi üzrə Azərbaycan və Rusiya MDB ölkələri arasında Belarusdan (30 faiz) sonra 17 faiz göstərici ilə ikinci yeri tutur. 2012-ci ilin sonuna Azərbaycan üzrə bu göstərici 15 faizdən az olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti